Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməktədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla SMS göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.
Qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.