Türkiyədə koronavirusdan ölüm sayı 214 oldu
31 mart 2020 21:10 (UTC +04:00)

Türkiyədə koronavirusdan ölüm sayı 214 oldu

 

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyinin https://covid19.saglik.gov.tr/ saytında koronavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarında bu barədə bildirilib.

Məlumatda qeyd olunub ki, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46