Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.