Tailandda ictimai binaya bomba ilə hücum edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Yala şəhərində baş verən hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Məlumata görə, hücumda əl qumbarası və partlayıcı yüklü maşından istifadə edilib. Ölkənin yerli KİV-də bildirilir ki, hücum yüzlərlə insana koronavirusla bağlı təlimlər verilən zaman qeydə alınıb.
Hücumu hansısa qruplaşma öz üzərinə götürməyib.