Sumqayıtda şadlıq sarayı yanıb - FOTO
15 mart 2020 06:30 (UTC +04:00)

Sumqayıtda şadlıq sarayı yanıb - FOTO

0


 

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.  

APA-nın yerli bürosunun məlumatına görə, yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb. 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb. 

Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6159

Oxşar yazılar