Qusar rayon Polis Şöbəsinin əməkdaşı işdən çıxarılıb.
Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Qubadakı regional qrupunun baş inspektoru, polis baş leytnantı Nizam Həmidov məlumat verib.
Onun sözlərinə görə, Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.