Laçın sakini tapdığı odlu silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini Ə.Vəliyev tapdığı “Makarov” markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verib.