Lənkəranda evini tiryəkxanaya çevirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib.
Evə baxış zamanı oradan 2 kiloqrama yaxın tiryək, 1,4 qramdan artıq heroin, metamfetamin, elektron tərəzi və 22 ədəd şpris aşkar edilərək götürülüb.
Orada narkotik qəbul edən şəhər sakinləri H.Əliyev, K.Abdullayev, T.Axundov və əvvəllər məhkum olunanlar - M.Qasımlı, İ.Gülağazadə, Ə.Həbibov, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qrama yaxın heroin götürülüb.