Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edən bir neçə şəhər sakini onlara məxsus mobil telefonların naməlum şəxsin dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumat veriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdiyi məliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək, saxlanılıb. O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb, geri qaytarmayıb.
R.Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.