Rayonda toy edənlər cərimələndilər
20 avqust 2020 15:09 (UTC +04:00)

Rayonda toy edənlər cərimələndilər

Avqustun 19-da Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində toy məclisi aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəsəbənin “Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil edib.

Polis əməkdaşları məclisi dayandırıb, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar tərtib edilib.

H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar