Hacıqabulda 33 yaşlı kişi bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Rəncbər kəndində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Rəhimov Saməddin Əliheydər oğlu döş qəfəsindən bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb. Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.