Qayınları tərəfindən döyülən şəxs xəstəxanaya yerləşdirildi
12 aprel 2020 01:16 (UTC +04:00)

Qayınları tərəfindən döyülən şəxs xəstəxanaya yerləşdirildi


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 50 yaşlı şəxs iki qaynı tərəfindən döyülüb.

APA xəbər verir ki, hadisə Leyla Məmmədbəyli küçəsi, 29 V ünvanında baş verib.

1970-ci il təvəllüdlü Hüseynov Sərdar Qara oğlu qayınları ilə əlbəyaxa dava edib. Nəticədə S.Hüseynov üz və baş nahiyəsindən xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1562
avatar

Oxşar yazılar