Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları sərnişinlərin sıx olduğu vaxtlarda rayondaxili avtobuslarda cibgirlik edən, əvəllər dəfələrlə əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 56 yaşlı Rövşən İsmayılovu saxlayıblar.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin bu ilin fevral-mart aylarında avtobuslarda ümumilikdə 3 vətəndaşın çantasından pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R. İsmayılovun Şəmkir, eləcə də digər qonşu şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.