Bakıda qadına qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində Bakı şəhər sakini A.Mövsümovaya zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını alıb. Bu barədə zərərçəkmiş özü Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən dığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılıb.