Piyadanı öldürən “KamAZ”ın sürücüsü tutuldu
23 mart 2020 12:52 (UTC +04:00)

Piyadanı öldürən “KamAZ”ın sürücüsü tutuldu

0


Martın 21-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 787

Oxşar yazılar