Ötən il törədilmiş oğurluq əməlinin üstü açıldı
24 mart 2020 11:55 (UTC +04:00)

Ötən il törədilmiş oğurluq əməlinin üstü açıldı

 

Ötən ilin oktyabr ayında Hacıqabul rayon sakini Yusif Əhmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus konteynerdən ümumi dəyəri 3000 manat olan paltarların naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bununla bağlı cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq tədbirlər görülüb. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş, 30 yaşlı Şəhriyar Xakipur saxlanılıb və daha bir nəfərin isə kimliyi müəyyən edilib. Paltarların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Mehman Nəbiyev

Oxşar yazılar