Orta ixtisas üzrə yeni təsnifat təsdiq edildi
18 aprel 2020 16:50 (UTC +04:00)

Orta ixtisas üzrə yeni təsnifat təsdiq edildi


Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, eyni zamanda bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb.

Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub. Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib.

Eyni zamanda, qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub. Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15