Martın 19-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında operativ qərargahın növbəti iclası keçirilib.
Qərargahdan APA-ya verilən məlumata görə, iclasda koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər, tətbiq olunmuş məhdudiyyətlərə nəzarət, xaricdəki Azərbaycan vətəndaşlarının təxliyyəsi, karantindəki şəxslərin vəziyyəti, xəstələrin müalicəsi və s. məsələlər müzakirə edilib və yeni qərarlar qəbul olunub.