Sumqayıt şəhərində mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.
Şəhər sakini Həsənova Afət Musa qızına məxsus yaşayış evinə daxil olan naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları oğurlayıblar.
A.Həsənova bildirib ki, birinci mərtəbədə yerləşən mənzilə oğrular giriş qapısını açarla açaraq giriblər. Oğurluq baş verən zamanı ev sahibi Lənkəran rayonunda yas mərasimində olub.
Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.