Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar olaraq məktəblilərin gündəlik gigiyenik qaydalarında bəzi nüanslara diqqəti artırmalıyıq.
Lent.az Təhsil Nazirliyinə istinadən məktəblilərin gündəlik gigiyenik qaydalarını təqdim edir:
1. Uşaq və yeniyetmələrin hər bir günü səhər 15 - 20 dəqiqəlik gimnastika ilə başlanmalıdır.
2. Özünəxidmət qaydalarının ( xüsusən də əllərin yuyulması, dezinfeksiyası ) sayı artırılmalıdır.
3. Otaqların havası tez - tez dəyişdirilməlidir. ( ən azı gündəlik olaraq 3 dəfə )
4. Vəziyyətlə əlaqədar olaraq qida maddələrinə olan ehtiyac enerjiyə olan təlabatdan çoxdur. Çünki uşaqlar idman zallarından, parklardan, təcrid olunublar. Bu baxımdan uşaqların qidalanmasına xüsusi önəm verilməlidir. Maye, meyvə - tərəvəz, ağartı məhsulları üstünlük təşkil etməlidir.
5. Uşaqlar üçün televiziyaya, video oyunlara və kompüterə ayrılan vaxt dəqiq təyin edilməlidir. Çünki həddindən artıq oturaq həyat tərzi hipodinamiya fonunda bir çox xəstəliklərə başlanğıc verə bilər
6. Uşaqların evdə dərs saatlarına ayrılan zamanla, əyləncəli oyunlar ( şahmat, domino ) növbələşdirilməlidir. Bu , uşaqların həddindən artıq zehni yüklənmələrinin qarşısını alacaq, o cümlədən öyrəndiklərinin yaxşı mənimsənilməsinə müsbət təsir göstərəcək.
Unutmayaq, özümüz sağlam həyat tərzi sürürüksə, bunu uşaqlara öyrətmək daha asan olacaq. #sağlamtəhsilsağlamhəyat
Aynur Abdullayeva, İ. Tağıyev adına 26 nömrəli tam orta məktəbinin “Sağlam Təhsil” sinfinin müəllimi
“Sağlam təhsil” sinfinin şagirdləri sizə #evdəqal deyir, hər birinizi gigeyenik qaydalara əməl etməyə , sağlam qidalanmağa dəvət edir.