Gəncədə məktəbdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 17-də şəhərin Nizami rayonunun Yeni Gəncə qəsəbəsindəki orta məktəblərdən birinin kompyüter otağından 2700 manat dəyərində 9 ədəd noutbuk oğurlanıb.
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri E.Həsənov və bir yeniyetmə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.