Milli Məclis də koronavirusa qarşı mübarizə prosesinə qoşulur.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir: “Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək”.