Mikroavtobus "KamAZ"-a çırpıldı - 6 nəfər xəsarət alıb - FOTO
23 mart 2020 15:50 (UTC +04:00)

Mikroavtobus "KamAZ"-a çırpıldı - 6 nəfər xəsarət alıb - FOTO

0


Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobusu "KamAZ" markalı yük maşını arxadan vurub.

Qəza nəticəsində mikroavtobusda olan 1974-cü il təvəllüdlü Lalə Salahova, 1975-ci il təvəllüdlü İlhamə Əliyeva, 1984-cü il təvəllüdlü Ramin Ağamirov, 1995-ci il təvəllüdlü Eldəniz Vəliyev, 1961-ci il təvəllüdlü Məlahət Cavadova və Əfruz Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 963

Oxşar yazılar