Bakıda metroda cibgirlik edən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.
Şəhər sakini R. Abdullayevanın çantasından 600 manat dəyərində telefonu cibgirlik yolu ilə oğurlanıb. Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü S. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.