Ağdaş rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri aşkar olunub. Qaydalar və tələblər onların diqqətinə çatdırılıb.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi bir daha izah olunub. Bununla yanaşı edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolu tərtib olunub.