Marneulinin keçmiş azərbaycanlı merinə bəraət verildi
12 fevral 2020 18:30 (UTC +04:00)

Marneulinin keçmiş azərbaycanlı merinə bəraət verildi

0

Rustavi şəhər Məhkəməsi Marneuli şəhərinin keçmiş meri Temur Abazov və onunla birlikdə təqsirləndirilən 3 şəxs barəsində bəraət hökmü çıxarıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə T. Abazovun vəkili Qaqi Mosiaşvili məlumat verib.

Qeyd edək ki, Marneulinin sabiq meri T. Abazov 2018-ci il iyununda Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani hərəkətlər etməsi ittihamı ilə həbs edilib. 2018-ci ilin dekabrında Rustavi Şəhər Məhkəməsi T. Abazovun girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1126

Oxşar yazılar