Bakıda mağazadan oğurluq olub.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, oktyabrın 10-da Yasamal rayonu ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlanıb.
Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.