Masallı və Goranboyda mağazalardan oğurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 29-da Masallıda mağazalardan birinin həyətindən 4000 manat dəyərində inşaat materialları oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı şəhər sakini E.İbadov saxlanılıb.
Həmçinin Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki mağazaların birindən 2960 manat dəyərində lotoreya biletini oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.