Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq Dairə Seçki komissiyalarına göndərib.
APA-nın məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı) və 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev) Seçki dairələri üzrə müraciətlər proseduruna uyğun olaraq müvafiq DSK-lara göndərilib.