Zərdab rayonunun Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib xüsusi karantin qaydalarını kobudcasına pozublar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Məlumat daxil olan kimi Zərdab rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştiirak edən və karantin qaydalarını pozan 19 nəfəri saxlayıblar. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.