Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni təyinat
18 fevral 2020 16:58 (UTC +04:00)

Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni təyinat

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Lent.az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bu barədə Baş prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.
Baş Prokurorluğun Mətbuat Xidməti Lent.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Mehman Nəbiyev

Oxşar yazılar