Koronavirus xəstəsi komendant postunda saxlanıldı
26 oktyabr 2020 13:18 (UTC +04:00)

Koronavirus xəstəsi komendant postunda saxlanıldı

Oktyabrın 21-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki komendant postunda qəsəbə sakini O.Axundovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində O.Axundovun aktiv koronavirus xəstəsi olması müəyyən edilib. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb. Ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

Onun hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarının pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26