Kolumbiyanın paytaxtı Boqotada kimikhəcmli təlim təyyarəsi qəzaya uğrayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.
Bildirilib ki, “Quaymaral” hava limanının ərazisində baş verən qəza zamanı təyyarədə tək olan tələbə sağ qalıb. Ona dərhal ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb.
Təyyarənin “Aeroandes” təlim-uçuş məktəbinə aid olduğu qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.