Göyçay sakini icazəsiz başqa rayona keçmək istəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları xidmət aparan zaman Göyçay şəhər sakini Ruslan Xəlilovun icazə almadan çölə çıxdıqlarını müəyyən ediblər. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, R.Xəlilov polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam etdiyinə görə, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə inzibati həbs olunub.
Digər şəhər sakini Bəxtiyar Əhmədov rayon ərazisində yaradılmış giriş-çıxış postlarında heç bir icazəsi olmadan başqa rayonun ərazisinə keçmək istəyərkən saxlanılıb. O da Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilib.