Goranboy кayon Polis Şöbəsinin əməkdaşları rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, obyektin sahibi Elçin Rzayevlə yanaşı onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.