İtaliyada koronavirusdan ölən həkimlərin sayı 37 nəfərə çatıb.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Tibb Peşəkarları Federasiyası məlumat yayıb.
Bildirilib ki, İtaliyada 70 mindən çox yoluxma və 7000-dən çox ölüm qeydə alınıb.