İstanbulda qanunsuz maska istehsalçıları ilə bağlı axtarış əməliyyatında 1 mln. maska aşkarlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi polislərinin müdaxiləsi nəticəsində maskaların lisenziyasız və gigiyenik şərtlərə uyğun gəlməyən şəkildə fəaliyyət göstərən atelyelərdə istehsal edildiyi müəyyənəşdirilib. Maskalar məhv edilib. Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb.