İrlandiya hökuməti son iki həftə ərzində koronavirusa yoluxan xəstələrin reanimasiyaya qəbulunda azalma olacağı təqdirdə bəzi yeni məhdudlaşdırıcı tədbirlərin aprelin ortalarında aradan qalxacağına ümid edir.
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Leo Varadkar açıqlamasında bildirib.
O, vətəndaşların zərurət yaranmadığı halda evləri tərk etməmək göstərişi verdiyin deyib.
Qeyd edək ki, ötən gün İrlandiyada yeni virusla bağlı 14 ölüm hadisəsi qeydə alınıb. Yoluxma halları isə daha 294 nəfərdə aşkarlanıb. İki gün əvvəl isə 302 yoluxma təsdiqlənmişdi. Ölkə üzrə COVID-19-a yoluxanların ümumi say 2415-ə çatıb.