Avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədindən külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az verilən məlumata görə, sərhəd pozucuları hava şəraitinin qaranlıq və dumanlı olmasından istifadə edərək qaçaqmalı hadisə yerində ataraq sərhəd naryadının təqibindən İran istiqamətində geri qaçıblar.
Hadisə yerinə baxış zamanı ümumilikdə çəkisi 1 kiloqram 930 qram heroin, 1 kiloqram 500 qram metafitamin, 6 kiloqram 990 qram tiryək, 1 kiloqram 25 qram həşiş növünə oxşar narkotik vasitələr, 2500 qram “Metodon 40”, 20 həb “Klonozepam” və 40 həb “Zolpidem” psixotrop maddələr, 5 ədəd “Ardene” mazı, 5 ədəd “Klobetasol” dərman preparatları aşkar olunaraq götürülüb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.