İran büdcənin 20 fazini koronavirusla mübarizəyə ayırdı 
28 mart 2020 19:35 (UTC +04:00)

İran büdcənin 20 fazini koronavirusla mübarizəyə ayırdı 

 

İran prezidenti Həsən Ruhani ölkənin illik büdcəsinin 20 faizini koronavirusa qarşı mübarizəyə ayrıldığını açıqlayıb. 

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, prezident onu da əlavə edib ki, İranın səhiyyə sistemi güclüdür və xarici sanksiyalara baxmayaraq, çox yaxşı təchiz olunub. 

Koronavirusla mübarizə üzrə milli mənzil-qərargahın sessiyasında çıxış edən Ruhani deyib ki, ölkə büdcəsinin beşdə bir hissəsi – 1 trilyon rial COVID-19-la mübarizəyə ayrılıb. 

“Bu, sanksiya altında olduğumuzdan dünya üçün təəccüblü ola bilər, buna baxmayaraq xəstəxanalar, enerjili tibb işçilərinin yaxşı təchiz olunmasını bacarmışıq”, - Ruhani əlavə edib. 

Prezident əlavə edib ki, pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, İran cəmiyyəti sakit qalıb, hakimiyyət isə əhalini vacib olan hər şeylə təmin edir. Bu günə olan məlumata görə, İranda yeni növ koronavirusla 32 332 yoluxma təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar

AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15
Sumqayıtda fəhlə iş başında öldü

Sumqayıtda fəhlə iş başında öldü

13 dekabr 2024 , 17:13