Şəmkir rayonunda ümumi sahəsi 500 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 74 m² sahədə və bitişik, ümumi sahəsi 270 m² olan talvarın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.