İki piyada yol qəzasında öldü
16 aprel 2020 13:10 (UTC +04:00)

İki piyada yol qəzasında öldü

Aprelin 14-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədovu vurub.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.

***

Aprelin 15-də saat 17 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsində Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Mehman Nəbiyev

Oxşar yazılar