“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40, nəfər yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.