Gürcüstandan idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101"markalı avtomobillər ilə gələn Azərbaycan vətəndaşları "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər.
Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8000 ədəd "King", 2000 ədəd "Marlboro" və 10 min ədəd "De Santis" markalı siqaretlər aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.