Bu gecə əsən külək Bakının Sabunçu rayonunda fəsad törədib.
"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb. Hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.
Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.