Gizli nişan mərasimi keçirənlər cərimələndi
06 avqust 2020 09:55 (UTC +04:00)

Gizli nişan mərasimi keçirənlər cərimələndi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə,  Biləsuvar rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38