Oğurluq etdiyinə görə tutulan S.İsmayılovun digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının oğurluq etdiyinə görə tutduğu S.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15850 manat, 10 min dollar və 15500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.