Sabunçu rayon Polis İdarəsi 14 və 42-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.