Kürdəmirdə oğurluq hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakinləri Mahmudova Xatirə Əli qızı, Cəlilov Zahid Vahid oğlu, Əliyeva Sevda Mehman qızı, Musayev Aqil Qasım oğlu və Bağırov Seymur Seyidəzim oğlu müxtəlif vaxtlarda Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən və iaşə obyektlərindən qızıl-zinət əşyalarının, təsərrüfat təyinatlı əşyaların, məişət avadanlıqlarının, eləcə də avtomobil ehtiyat hissələrinin oğurlandığını bildiriblər.
Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisələrini törədən şəxslər Kürdəmir rayon sakinləri, Sultanov Alim İlham oğlu, əvvəllər məhkum olunmuş Əliyev Usub Sakit oğlu, Hacıyev Elməddin İsrail oğludur. Onlar şübhəli şəxs qismində saxıanılaraq, rayon Polis Şöbəsinə gətiriliblər.
İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməllərini etiraf ediblər.
Qeyd edək ki, onlar ümumilikdə Kürdəmir rayon sakinlərinə 3500 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.