Dustaqların əziyyət çəkməsi ilə bağlı xəbərlər yalandır - Penitensiar Xidmət
28 mart 2020 15:56 (UTC +04:00)

Dustaqların əziyyət çəkməsi ilə bağlı xəbərlər yalandır - Penitensiar Xidmət


Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk”.

Qeyd edək ki, sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar